Monteneqro NATO-ya qəbul edilib
Bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahında Monteneqronun alyansa qəbulu ilə bağlı protokol imzalanıb.
1news.az-ın “Newsru”ya istinadən verdiyi məlumata görə, NATO baş katibi Yens Stoltenberq bu addımın Monteneqroya fayda verəcəyini və ölkə tarixində yeni səhifə açacağını bildirib.
O əlavə edib ki, bu addımdan sonra Monteneqro müşahidəçi qismində NATO-nun bütün toplantılarında iştirak edə biləcək.
Qeyd edək ki, NATO-ya üzv ölkələr protokolu ratifikasiya etdikdən sonra Monteneqro alyansının üzvü ola biləcək.
Monteneqro baş naziri Milo Djukanoviç bildirib ki, ölkəsinin NATO-ya qoşulması ilə bağlı referendumun keçirilməsinə ehtiyac görmür. Lakin o, referendumun keçiriləcəyini də istisna etməyib.
1news.az
977