Obama: “ABŞ Türkiyənin təhlükəsizliyinə mühüm əhəmiyyət verir”
İŞİD və PKK-ya qarşı mübarizə, Suriyadakı böhran Rəcəb Tayyib Ərdoğan və Barak Obama telefon danışığının əsas mövzusu olub.
1news.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 18 may axşam saatlarında baş tutan telefon danışığı zamanı Türkiyə və ABŞ rəhbərləri terrorla mübarizə məsələsində mövqelərinin ortaq olduğunu bildiriblər.
Türkiyədə, Avropada və digər ölkələrdə terror aktlarının aradan qaldırılması istiqamətində vacib tədbirlərin görülməsi gərəkdiyi bildirilir. Obama bildirdi ki, ABŞ NATO üzrə tərəfdaşının- Türkiyənin təhlükəsizliyinə böyük əhəmiyyət verir.
Tərəflər Suriya prosesində atəşin dayandırılması və siyasi keçidin təmin olunmasının beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. Bütün terror təşkilatları, xüsusilə, İŞİD və PKK-ya qarşı mübarizə qətiyyətlilik ifadə edilib.
1news.az