Əfqanıstanda xarici hərbçilərin patrulu hücuma məruz qalıb | 1news.az | Xəbərlər
Dünya

Əfqanıstanda xarici hərbçilərin patrulu hücuma məruz qalıb

16:18 - 21 / 05 / 2016
Əfqanıstanda xarici hərbçilərin patrulu hücuma məruz qalıb

Əfqanıstanın Pərvan əyalətində xarici hərbçilərin patrul dəstəsi yaxınlığında avtomobil partladılıb.

İnsidentin ABŞ silahlı qüvvələrinin və NATO qoşunlarının ən iri aviabazası olan Baqram hava limanı rayonunda baş verdiyi bildirilir. Hələ ki hadisə nəticəsində həlak olanlar və xəsarət alanlar barədə məlumat verilmir.

Xatırladaq ki, bu, həmin rayonda baş verən ilk belə hadisə deyil. 2015-ci il dekabrın sonlarında ABŞ və Əfqanıstan müştərək hərbi patruluna edilən hücum nəticəsində 6 amerikalı hərbçi həlak olmuşdu.

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər