İraq Beynəlxalq Valyuta Fondundan 5,4 milyard dollar kredit alacaq | 1news.az | Xəbərlər
Dünya

İraq Beynəlxalq Valyuta Fondundan 5,4 milyard dollar kredit alacaq

20:34 - 21 / 05 / 2016
İraq Beynəlxalq Valyuta Fondundan 5,4 milyard dollar kredit alacaq

Beynəlxalq Valyuta Fondu neft gəlirlərinin azalması nəticəsində yaranmış iqtisadi problemləri aradan qaldırmaq üçün İraq hökumətinə 3 il müddətinə 5,4 milyard dollar kredit ayrılmasına qərar verib.

İraqın maliyyə naziri Hoşyar Zəbari açıqlamasında bu maliyyə dəstəyinin yaranmış çətinliyin təsirlərini yumşaldacağını deyib.

Kredit üzrə faiz dərəcəsi illik 1,5 faiz təşkil edəcək.

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər