Ədalət və İnkişaf Partiyasının yeni sədri seçilib
Mayın 22-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayı keçirilib.
Qurultayda Baş nazir Əhməd Davudoğlunun AKP sədri kimi son çıxışı olub.
Sonra təşkilati məsələlərə baxılıb.
Hazırkı nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırımın Ədalət və İnkişaf Partiyasına sədrliyə namizədliyi səsə qoyulub.
Binali Yıldırım AKP-nin sədri seçilib.
AKP-nin yeni sədri qurultay qarşısında çıxış edib, fəaliyyət proqramını açıqlayıb.
667