Rəcəb Tayyib Ərdoğan: "Qapımızı heç vaxt insanlara və insanlığa bağlamayacağıq” | 1news.az | Xəbərlər
Dünya

Rəcəb Tayyib Ərdoğan: "Qapımızı heç vaxt insanlara və insanlığa bağlamayacağıq”

13:30 - 23 / 05 / 2016
Rəcəb Tayyib Ərdoğan: "Qapımızı heç vaxt insanlara və insanlığa bağlamayacağıq”

"Bombalardan qaçanlara ölkəmizin qapıları həmişə açıqdır".

1news.az Türkiyənin TRT Haber saytına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən birinci Dünya Humanitar sammitinin açılış mərasimində bildirib.

O deyib ki, qaçqınlar məsələsində dini, irq fərq yoxdur: "2014-cü ildə qaçqınlara 6,4 milyard dollarlıq humanitar yardım göstərmişik. Bu rəqəm hər il artmaqdadır. 3 milyondan çox suriyalı və iraqlı qaçqını ölkəmizdə qonaq edirik. Türkiyəyə qaçqınların gəlməsi prosesi davam edir. Problemin həllinə isə bəzi ölkələr yardım edir.

Humanitar yardım məsələsində sistemi yenidən nəzərdən keçirməyimiz lazımdır. Mövcud sistem bununla bağlı problemlərin həllində acizdir. Hamı bu daşın altına əlini qoymalıdır".

Türkiyə prezidenti bildirib ki, insanlığa qarşı işlədilən əməllərə görə günahkarlar cəzasız qalmamalıdır.

O vurğulayıb Kİ, humanitar yardımla bağlı ehtiyac artır, ancaq problemin həlli mənbələri dəyişmir: "On minlərlər uşağın ölümünə müşahidəçi qalan dövlətlər var".

Rəcəb Tayyib Ərdoğan BMT baş katibi Pan Ge Muna və əməkdaşlarına təşəkkür edib.

Qeyd edək ki, İstanbulda keçirilən birinci Dünya Humanitar sammiti BMT-nin baş katibi Pan Ge Munun çıxşı ilə açılıb.

1news.az

Paylaş:
524

Son xəbərlər

Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29Bu gün Beynəlxalq Müəllimlər GünüdürBu gün, 10:17Zərdabda narkokuryer saxlanılıbBu gün, 10:08Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52Cəbrayılda ilk “Şəhər günü” keçirilib - FOTO04 / 10 / 2024, 17:43Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:39Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub04 / 10 / 2024, 17:27Məişət tullantılarının kənar yerlərə atılmasına görə yüksək məbləğdə cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:10Sentyabrda hava iqlim normasından 2 dərəcə yüksək olub04 / 10 / 2024, 16:47Qaradağda yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə edilib04 / 10 / 2024, 16:42Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək04 / 10 / 2024, 16:26ADY rəqəmsal həllərlə saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə endirib04 / 10 / 2024, 15:51ASCO “Art Plast” layihəsini təqdim edib - FOTO04 / 10 / 2024, 15:43Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb04 / 10 / 2024, 15:34
Bütün xəbərlər