MSK cari ilin daimi seçici siyahıları ilə bağlı qərar qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

MSK cari ilin daimi seçici siyahıları ilə bağlı qərar qəbul edib

22:16 - 26 / 05 / 2016
MSK cari ilin daimi seçici siyahıları ilə bağlı qərar qəbul edib

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikasında 2016-cı ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə qərar qəbul edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, qərarda deyilir:

“Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq hər ilin əvvəlindən başlayaraq məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib edildikdən sonra daimi seçici siyahıları (onların dürüstlüyünün təmin edilməsi məqsədilə) Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilməli, bununla əlaqədar müvafiq iş aparıldıqdan sonra həmin siyahılar may ayının 30-dan gec olmayaraq müvafiq məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunmalı və dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək ictimailəşdirilməlidir.

Cari ilin seçici siyahılarının tərtib edilməsi işi yuxarıda göstərilən qaydada aparılaraq yekunlaşmış və onların aşağı seçki komissiyaları tərəfindən təsdiq edilməsi və dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilməklə ictimailəşməsi mərhələsi başlanmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 46.1-ci və 46.12-ci maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikasında 2016-cı ilin daimi seçici siyahılarının dəqiqləşdirilməsi və tərtib edilməsi işi başa çatmış hesab edilərək siyahılar məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin.

2. Tərtib edilmiş seçici siyahılarının qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təsdiq edilməsi işinin təşkili aidiyyəti üzrə müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

3. Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısı dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməklə ictimailəşdirilsin.

4. Qərarın icrası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

5. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir”.

1news.az

 

Paylaş:
444

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər