Yaponiyada “Böyük yeddiliyin” sammiti öz işinə başlayıb | 1news.az | Xəbərlər
Dünya

Yaponiyada “Böyük yeddiliyin” sammiti öz işinə başlayıb

12:52 - 26 / 05 / 2016
Yaponiyada “Böyük yeddiliyin” sammiti öz işinə başlayıb

“G 7”- yə daxil olan ölkələrin liderləri Yaponiyada “günəş ilahəsi”nin məbədi kimi tanınan İse sintoist məbədində görüşüblər.

1news.az Euronews telekanalına istinadla xəbər verir ki, bu görüşü günəş ilahəsi və yapon imperatorlarının ulu anaları sayılan Amaterasa həsr olunan məbədi tez-tez ziyarət edən Yaponiyanın Baş naziri Sindzo Abe təşkil edib.

Sammitin iki iş günü – cümə axşamı və cümə günləri ərzində iştirakçılar müxtəlif mövzularda, o cümlədən neftin qiyməti barədə 5 iclas keçirəcəklər.

Tərəflərin son zamanlar baş verən miqyaslı və səs-küylü qalmaqallar fonunda korrupsiya üzrə ayrıca siyasət sənədi imzalaması nəzərdə tutulub.

Xarici siyasət mövzuları arasında liderlər terrorla mübarizəni, Minsk sazişini, Yaponiyanın dəniz təhlükəsizliyi məsələlərini də müzakirə edəcəklər. Yaponiya ev sahibi kimi Çin və Vyetnamla aralarında olan mübahisəli adalar mövzusunu müzakirəyə çıxaracağını vəd edib.

Yaponiya KİV-ləri isə əsas diqqətlərini ABŞ lideri Barak Obamanın səfərinə yönəldib: o, Xirosima və Naqasaki şəhərlərinin atom bombardmanları qurbanlarının xatirə mərasimində iştirak edəcək ilk Amerika prezidenti olacaq.

1news.az

Paylaş:
518

Son xəbərlər

Bütün xəbərlər