Dünya ölkələrinin liderləri Azərbaycan Prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Dünya ölkələrinin liderləri Azərbaycan Prezidentini təbrik edib

16:49 - 27 / 05 / 2016
Dünya ölkələrinin liderləri Azərbaycan Prezidentini təbrik edib

Yaponiya İmperatoru Akihito Azərbaycan Prezidenti İlham Əliyevi 28 May -Respublika Günü münasibəti ilə təbrik edib.

1news.az dövlət başçısının saytına istinadən xəbər ki, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, Zati-alinizə xoşbəxtlik və xalqınıza rifah arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram”.

Bundan əlavə, İsveçrə Konfederasiyasının Prezidenti Yohan Şnayder-Amman da təbrik məktubu göndərib:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə İsveçrə Konfederasiyası Federal Şurası adından səmimi təbriklərimizi çatdırır, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, ölkənizə inkişaf, əmin-amanlıq və rifah arzu edirik.

Əminəm ki, ölkələrimiz arasındakı qarşılıqlı hörmət və dostluq əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcək.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

Daha sonra, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, İsrailin Baş naziri Benyamin Netanyahu, İspaniya Kralı VI Felipe, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina da Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az

Paylaş:
664

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər