Konqresmenlər Koen və Şuster jurnalist Xədicə İsmayılovanın azadlığa buraxılmasını alqışlayır
Azərbaycanla Dostluq Qrupunun həmsədrləri – amerikalı konqresmenlər Stiv Koen və Bill Şuster azərbaycanlı jurnalist Xədicə İsmayılovanın həbsxanadan azadlığa buraxılmasını alqışlayır.
“Sevindirici haldır ki, Azərbaycanın Ali Məhkəməsi Xədicənin həbsxandan azadlığa buraxılması qərarını verib. Nəzərə alaq ki, onun həbs müddətinin 7,5 ildən 3,5 ilə endilərək şərti cəza ilə əvəz edilib və Xədicə cəmiyyət arasına qayıdıb”, - bəyanatda qeyd olunur.
Konqresmenlər qeyd edib ki, Azəbaycanla ABŞ arasında münasibətlərin möhkəmlənməsi çərçivəsində onlar Azərbaycan hökumətinin ölkə vətəndaşlarının hüquqlarının təmin edilməsi dəstəkləyir.
Bu qərar bir sıra beynəlxalq təşkilatlar və dünyanın aparıcı liderləri tərəfidnən yüksək qiymətləndirilib. Bununla əlaqədar olaraq, Avropa İttifaqı, ATƏT YUNESKO, Helsinki komissiyası, həmçinin ABŞ-ın Dövlət Departamenti bəyanatla çıxış ediblər.
Xatırladaq ki, mayın 25-də Ali Məhkəmədə jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə Xədicə İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.
X.İsmayılova 2015-ci ilin sentyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib.
Bundan əlavə, qərarda onun iki il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edildiyi qeyd olunub.
Mövzu ilə əlaqədar oxuyun:
Xədicə İsmayılova azadlığa buraxılıb
AŞPA prezidenti Xədicə İsmayılovanın azadlığa buraxılmasını alqışlayıb
1news.az