Mübariz Qurbanlı Ağdaşda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Mübariz Qurbanlı Ağdaşda vətəndaşları qəbul edəcək

00:41 - 28 / 05 / 2016
 Mübariz Qurbanlı  Ağdaşda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 1-də Ağdaş rayonunda Mingəçevir şəhərinin, Ağdaş və Yevlax rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Natiq Əfəndiyev.

Telefon: (050) 211-68-89, e-mail: [email protected].

1news.az

Paylaş:
558

Son xəbərlər

Bütün xəbərlər