Teplovozun vurduğu Lerik sakininin ayağı amputasiya olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Teplovozun vurduğu Lerik sakininin ayağı amputasiya olunub

16:37 - 30 / 05 / 2016
Teplovozun vurduğu Lerik sakininin ayağı amputasiya olunub

Mayın 28-də Sabunçu dəmir yolunun ərazisində dəmir yolu xəttinin üstündən keçən Lerik rayon sakini Mirzə Rzayev teplovozla vurulub.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə gecə saat 03:00 radələrində baş verib.

Xəstəxanaya yerləşdirilmiş M.Rzayevin sol ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
612

Son xəbərlər

Bütün xəbərlər