Bakının bəzi mərkəzi küçələri bağlanır - XƏRİTƏ
Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi və yolgöstərici xətlərin, həmçinin piyada keçidlərinin (zolaqlar) yenidən rənglənməsi işləri davam etdirilir.
1news.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu çərçivədə axşam saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində rənglənmə işləri aparılacaq.
Səhər saatlarınadək davam edəcək işlər zamanı sözügedən küçələrdə hərəkət tam məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
1news.az
1090