ANAMA: Tərtərdə partlamamış hərbi sursat aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA: Tərtərdə partlamamış hərbi sursat aşkarlanıb - FOTO

20:23 - 31 / 05 / 2016
ANAMA: Tərtərdə partlamamış hərbi sursat aşkarlanıb - FOTO

Mayın 31-də 5 ev və həyətyanı sahəyə, 6 əkin sahəsinə, 19 partlayış yerinə baxış keçirilib. Partlamamış iki hərbi sursat (Qrad raketinin mühərrik hissəsi) aşkarlanaraq götürülüb. Gün ərzində 31 min 171 kvadratmetr ərazi minalardan təmizlənib.

1news.az-a ANAMA-dan verilən xəbərə görə,  mayın 31-də Füzuli, Ağcabədi, Ağdam və Tərtər rayonlarında aşkar olumuş partlamamış hərbi sursat barədə hesabatda əksini tapıb.

Tərtər rayonunun Şıxarx kəndində 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib. Qrad raketinin mühərrik hissəsi aşkarlanaraq götürülüb, 10 min kvadratmetr ərazi yoxlanılıb. Cəmilli kəndində 1 ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilib və qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb. Yoxlanılan ərazi 10 min kvadratmetr təşkil edib.

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli, Ağdam rayonunun Qaradağlı, Füzuli rayonunun Şükürbəyli kəndlərində evlər və həyətyanı sahələrdə, əkin sahələrində partlayış yerlərinə baxış keçirilib. Nəticədə 11 min 171 kvadratmetr ərazi yoxlanılıb.

Aprelin 7–dən mayın 31-dək agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində ümumilikdə 548 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 4 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 21 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1479 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina, 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

1news.az

Paylaş:
407

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər