Prezident İlham Əliyev Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisini qəbul edib

14:11 - 01 / 06 / 2016
Prezident İlham Əliyev Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisini qəbul edib

Prezidenti İlham Əliyev iyunun 1-də Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi Baronessa Nikolsonu qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Baronessa Nikolsonun Bakıda keçirilən XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisinin açılışında iştirakını yüksək qiymətləndirən dövlətimizin başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeronun sərgi iştirakçılarına ünvanlandığı məktubuna və məktubda dostluq münasibətləri ilə bağlı fikirlərinə görə minnətdarlığını bildirdi.

Azərbaycan ilə Böyük Britaniyanın çox yaxşı ikitərəfli münasibətlərinin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, ölkələrimiz arasında qarşılıqlı anlaşma və qarşılıqlı dəstək yüksək səviyyədədir. Azərbaycan ilə Böyük Britaniyanın enerji sahəsində uğurlu əməkdaşlıq etdiyini deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin bir çox digər sahələri də əhatə etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkəmizin Böyük Britaniyanın kənd təsərrüfatı, texnologiyalar, infrastruktur layihələri və digər sahələr üzrə fəaliyyət göstərən şirkətləri ilə daha fəal əməkdaşlıqda maraqlı olduğunu bildirdi, bu baxımdan birgə işçi qrupun fəaliyyətinin əhəmiyyətindən danışdı.

Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi Baronessa Nikolson baş nazir Devid Kemeronun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisinin açılış mərasimində iştirakından məmnunluğunu ifadə edən Baronessa Nikolson ölkəsinin Azərbaycanın vacib tərəfdaşı olmasından şərəf duyduğunu bildirdi. Baronessa Nikolson Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi kimi ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd etdi.

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Böyük Britaniyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

1news.az

 

Paylaş:
472

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər