Saatlıda 42 ədəd çətənə kolu aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Saatlıda 42 ədəd çətənə kolu aşkar edilib

16:24 - 01 / 06 / 2016
Saatlıda 42 ədəd çətənə kolu aşkar edilib

Saatlı rayonunda kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Famil Nərimanovun və Eldəniz Nərimanovun həyətyanı sahələrindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi müvafiq olaraq 8 kiloqram olan 22 ədəd və 10,2 kiloqram olan  20 ədəd çətənə  kolları aşkar edilərək götürülüb.

1news.az

Paylaş:
774

Son xəbərlər

Bütün xəbərlər