Bir sıra dövlətlərin prezidentləri İlham Əliyevə təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Bir sıra dövlətlərin prezidentləri İlham Əliyevə təbrik məktubu göndərib

18:30 - 01 / 06 / 2016
Bir sıra dövlətlərin prezidentləri İlham Əliyevə təbrik məktubu göndərib

Bir sıra dövlətlərin prezidentləri Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu göndərib.

1news.az dövlət başçısının saytına istinadla xəbər ki, Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncının təbrik məktubunda deyilir:

“Möhtərəm Prezident.

Qardaş Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Şimali Kipr Türk Respublikasının xalqı adından və şəxsən öz adımdan ürəkdən gələn ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram”.

Digər təbrik məktubu Xorvatiya Respublikasının prezidenti Kolinda Qrabar-Kitaroviçdən gəlib.

“Hörmətli cənab Prezident, əziz dost.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edir, ölkənizin və xalqınızın firavanlığı üçün ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram.

Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası iki dost dövlət olub, qarşılıqlı maraq kəsb edən bir çox sahədə əməkdaşlıq edirlər. Əminəm ki, qarşıdakı dövrdə biz əlaqələrimizi daha da gücləndirəcək, xüsusən iqtisadi sahədə əməkdaşlığımızı dərinləşdirəcəyik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Yunanıstan Respublikasının prezidenti Prokopis Pavlopulos da Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə təbrik edib.

1news.az

Paylaş:
993

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər