“2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda dəyişiklik edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 765; 2009, № 4, maddə 226, № 10, maddələr 776, 779, № 11, maddə 886; 2010, № 2, maddə 80, № 6, maddə 501, № 7, maddə 610; 2011, № 2, maddə 85; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 7, maddə 841) ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın V hissəsinin 5.4.2-ci yarımbəndinin “İcraçılar” sütununda “elektrikpaylayıcı şəbəkələr” sözləri “Azərişıq” ASC” sözləri ilə əvəz edilsin”.
1news.az