Tailand kralı İlham Əliyevə təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Tailand kralı İlham Əliyevə təbrik məktubu göndərib

13:17 - 02 / 06 / 2016
Tailand kralı İlham Əliyevə təbrik məktubu göndərib

Tailandın kralı Bhumibol Adulyadej Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu göndərib.

1news.az dövlət başçısının saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Zati-aliləri,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və xalqına tərəqqi və rifah arzulayıram”.

1news.az

Paylaş:
814

Son xəbərlər

Bütün xəbərlər