Metroda Bakı sakininin pul kisəsini oğurlayan şəxs tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Metroda Bakı sakininin pul kisəsini oğurlayan şəxs tutuldu

13:50 - 02 / 06 / 2016
Metroda Bakı sakininin pul kisəsini oğurlayan şəxs tutuldu

May ayının 23-də metroda Bakı sakininin pul kisəsini oğurlayan şəxs polislər tərəfindən saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, cari il may ayının 23-də Bakı şəhər sakini Əliəkbər Heydərov Metropolitendə Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin gün metronun “Nizami” stansiyasında içərisində 150 manat və sənəd olan pul kisəsini itirməsini bildirib.

Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən iyunun 1-də metronun “Memar Əcəmi” stansiyasında şübhəli şəxs kimi saxlanılmış Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Süleymanovun üzərinə baxış zamanı içərisində sənəd olan pul kisəsi aşkar edilərək götürülüb.

Araşdırma zamanı sənədin Əliəkbər Heydərova məxsus olması müəyyən edilib və R.Süleymanov izahatında qeyd edilən sənədi və pul kisəsini cari il may ayının 23-də metronun “Nizami” stansiyasında tanımadığı şəxsin cibindən oğurlamasını bildirib.

1news.az

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər