“Express” marşrutu üzrə hərəkət edən avtobuslar Hökumət evinin qarşısında da dayanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“Express” marşrutu üzrə hərəkət edən avtobuslar Hökumət evinin qarşısında da dayanacaq

15:11 - 02 / 06 / 2016
“Express” marşrutu üzrə hərəkət edən avtobuslar Hökumət evinin qarşısında da dayanacaq

“Express” marşrut xətti üzrə “28 May” metro stansiyasından Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində və əks istiqamətdə hərəkət edən avtobuslar artıq Hökumət evinin önündə də dayanacaq.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

O bildirib ki, bu günədək “Express” marşrut xətti üzrə hərəkət edən avtobuslar “28 May” metro stansiyasından hava limanı istiqamətinə və hava limanından “28 May” metro stansiyası istiqamətində hərəkətini davam etdirərkən “Koroğlu” metro stansiyası önündə qısa fasilə edirdi. Artıq “Koroğlu” metro stansiyası ilə yanaşı Hökumət evinin önündəki dayancaqda da qısa fasilə edəcək.

1news.az

Paylaş:
1244

Son xəbərlər

Bütün xəbərlər