Gədəbəydə yaşlı ər-arvad qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Gədəbəydə yaşlı ər-arvad qətlə yetirilib

11:41 - 02 / 06 / 2016
Gədəbəydə yaşlı ər-arvad qətlə yetirilib

Gədəbəy rayonunda qətl törədilib.

1news.az-ın rayon Prokurorluğuna istinadən verdiyi xəbərə görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri - 1942-ci il təvəllüdlü Səyyad Ələsgərov və həyat yoldaşı, 1928-ci il təvəllüdlü Bəsti Alıyevanın üzərilərində zorakılıq əlamətləri olan meyitləri yaşadığı evdə aşkar edilib.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

1news.az

Paylaş:
422

Son xəbərlər

Bütün xəbərlər