Lənkəranda avtomobillə motosiklet toqquşub: xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda avtomobillə motosiklet toqquşub: xəsarət alanlar var

12:49 - 02 / 06 / 2016
Lənkəranda avtomobillə motosiklet toqquşub: xəsarət alanlar var

Lənkəran rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 15:00 radələrində rayonun Vel kəndində qeydə alınıb.

Belə ki, rayon sakinləri Elvin Əzimovun idarə etdiyi “Hyundai” markalı avtomobil və Təhmasib Məmmədovun idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan “Muravey” markalı motosiklet toqquşub.

Nəticədə T.Məmmədov və 2 sərnişini xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
571

Son xəbərlər

Bütün xəbərlər