Ermənilər Kəlbəcərin su ehtiyatalarını talayır - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər Kəlbəcərin su ehtiyatalarını talayır - FOTO

16:02 - 03 / 06 / 2016
Ermənilər Kəlbəcərin su ehtiyatalarını talayır - FOTO

Azərbaycanın işğal latındakı ən böyük rayonu olan Kəlbəcər içməli su ehtiyatı ilə hətta Sovet İttifaqında məşhur idi.

1news.az-ın Modern.az-a istinadən verdiyi xəbərə görə, Ermənistan “Karvaçar” adını verdiyi rayon ərazisində digər sferalarla paralel olaraq, içməli su ehtiyatalarını da talamaqda davam edir.

Kiçik Qafqaz dağlarının əhatəsində olan Kəlbəcər bir çox çayların, o cümlədən Tərtər çayının da mənbəyini götürdüyü önəmli su mənbələrinin mərkəzində yerləşdiyi üçün rayon ərazisindəki su ehtiyatlarından ermənilər aktiv şəkildə faydalanırlar.

Ermənistanda fəaliyyət göstərən “Avroterm” ASC “Noyan” markası adı altında meyvə şirələri istehsal edir. Şirkətin rəsmi saytında həmin şirələrin Kəlbəcər rayonundakı su mənbələrindən istifadə olunmaqla hazırladığı barədə məlumat yer alıb.

Mərkəzi Yerevanda olan şirkət öz məhsullarını yalnız Ermənistanda deyil, həm də Gürcüstan və Rusiyada da satır.

1news.az

Paylaş:
633

Son xəbərlər

Faktiki hava açıqlanıb

03 / 01 / 2025, 10:33
Bütün xəbərlər