"Holokost törətmiş Almaniya Türkiyəyə soyqırımla bağlı məsuliyyəti tətbiq etməyə çalışır"
Almaniya Bundestaqının deputatları 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələri erməni lobbisi və müxətlif ölkələrin Türkiyə ilə münasibətlərinin mürəkkəbləşməsinə, eləcə də bu ölkələrin Ankaraya siyasi təzyiqlərinin artmasına çalışan qüvvələrin təsiri ilə qəbul edib.
Bu haqda 1news.az-a Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı bəyan edib.
“Məsələ burasındadır ki, Almaniya zamanında İkinci Dünya müharibəsi vaxtı yəhudilərin kütləvi surətdə məhv edilməsi ilə bağlı ciddi ittihamlarla qarışılaşıb. Buna görə də düşünürəm ki, Almaniya Türkiyə tərəfindən ermənilərə qarşı guya tərədilmiş “soyqırımın” beynəlxalq səviyyədə tanınmasında maraqlı idi. Beləliklə, holokost törətmiş Almaniya bu yolla Türkiyənin başqa xalqa qarşı soyqırımı törədilməsi məsuliyyətini tətbiq etməyə çalışır”, - A.Aslanlı deyib.
Əgər əvvəllər Berlin Türkiyə ilə münasibətə əhəmiyyət verərək ehtiyatla fəaliyyət göstərirdisə, indi ABŞ və Fransadan fəallığı azalan Almaniyada olan erməni lobbisinin təsiri ilə qarşıdurmaya başlayıb.
Aslanlının fikrincə, Almaniyanın mövqeyi 2015-ci ildə ermənilərin uydurma “soyqırımın” yüz illiyini qeyd etmələri zamanı özünü göstərib.
Bu vaxt Türkiyə Çanakkala döyüşlərinin yüz illiyini qeyd edirdi. Türkiyə xalqını təbrik etməyə bir sıra dövlətlərin və hökumətlərin rəhbərləri, eləcə də Azərbaycan Prezidenti İlham Əliyev gəlmişdi.
“Türkiyənin irimiqyaslı mərasimi fonunda erməni qiyamı zəiflədi. İrəvana sadəcə Rusiya prezidenti getdi, yalnız Vatikan və Almaniya bəyanatlarla çıxış etdilər. Və burada diqqət etmək lazımdır ki, Moskva və Vatikan Almaniyadan daha əvvəl mövqelərini müəyyən etmişdi. Beləcə, bu gün Bundestaqın qəbul etdiyi qərar – Berlinin ötənilki bəyanatının davamıdır”, - A.Aslanlı qeyd edib.
Maraqlı məqam: adətən parlamentdə bu cür təkliflərlə müxalifət çıxış edir, hökumət isə buna ehtiyatla yanaşır. Bu dəfə isə iqtidaryönlü koalisiya – sosial-demokratlar, xristian-demokratlar və “yaşıllar” təşəbbüs irəli sürüb. Baxmayaraq ki, ilk iki siyasi qüvvələr həmişə Türkiyə ilə münasibətlərin inkişafına can atıb.
Daha bir maraqlı məqam: parlamentin əksəriyyəti qətnaməni dəstəkləmir. Və qətnamə baxılmaya verilən zaman bir sıra deputatlar Türkiyənin əlehinə səs vermək istəməyiblər. Həmin deputatlar iclasa gəlməyiblər və sənəd ölkənin dostu olmayanlar tərəfindən qəbul edilib.
Bu dəfə də belə oldu – iqtidardan olan bir sıra deputatlar iclasda iştirak etməyiblər, Türkiyənin də əlehinə səs verməyiblər. Lakin qətnamənin qəbul edilməsi üçün də heç nə etməyiblər, Aslanlı sözlərinə əlavə edib.
“Əgər Almaniya hökuməti Türkiyə ilə münasibətlərin inkişafında maraqlı olsaydı o zaman onlar Bundestaqın tarixi hadisələrlə bağlı qərarını qəbul etməsinə imkan verməzdi”, - o, qeyd edib.
Bununla yanaşı, ekspert qətnamənin qəbul edilməsinə mane olmayan Almaniyadakı türk lobbisini də tənqid etdi.
“Hesab edirəm ki, bütün bunlara Əhməd Davudoğlunun baş nazir vəzifəsindən istefa verməsi də Türkiyə-Almaniya münasibətlərinə təsir edib”, - A.Aslanlı bildirib.
Onun sözlərinə görə, sonuncu qəbul edilən qətnamə Ankara ilə Berlin arasındakı münasibətləri mürəkkəbləşdirəcək, lakin uzun müddət deyil. “Bu, sözsüz ki, dünyanın sonu deyil, lakin ikitərəfli əlaqələr perspektivində müəyyən korrektələrə səbəb olacaq”, - eskpert hesab edir.
Onun qənaətinə görə, indi Almaniyadakı Azərbaycan və Türkiyə diasporları Bundestaqda Xocalı soyqırımı üzrə analoji qətnamənin qəbul edilməsinə fikirlərini cəmləşdirməldir.
“Bir halda ki, Bundestaq baş verməyən hadisələri “soyqırım” olaraq tanıyıb, o zaman alman parlameti Xocalıda real olaraq ermənilərin dinc azərbaycanlılara qarşı kütləvi surətdə məhvetmə faktını da qəbul etməlidir”.
Almaniyanın soyqırımla bağlı etiketi onlarda sıxıntı yaradır və “bədbəxtlik üzrə qardaş” axtarmağa sövq edir”, - Türkiyə üzrə ekspert Ceyhun Ələkbərin bu barədə fikri belədir.
“Almaniya “soyqırım” sözünü israrla mənasızlaşdırmağa və XX əsrdəki möhtəşəm zərbələrinin məsuliyyətini kiminləsə bölüşdürməyə çalışırlar. İsrail, ABŞ, Böyük Britaniya və bir sıra ölkələr bu canatmanın mahiyyətni başa düşür. Və 1915-ci il hadisələrini “soyqırım” olaraq nə Türkiyəyə sevgidən, nə də hörmətdən qəbul etmirlər. Sadəcə olaraq onlar üçün sosial-patoloji məna kəsb edən “soyqırım” termininin saxlanılması xatirinə qəbul edirlər”, - C.Ələkbər hesab edir.
Bundan əlavə, onun sözlərinə görə, Bundestaqın qərarı almanların fransızlardan fərqli olaraq daha düz olduğunu növbəti dəfə nümayiş etdirir.
“Bu qərar Türkiyə üçün güclü sillədir. Almanlar bildirdilər ki, bizimlə “oynamaq” olmaz. Əhməd Davudoğlunun istefası qətnamənin tez-tələsik qəbul edilməsinə təkan verdi. Belə olmasaydı, almanlar buna tələsməzdi”.
Ekspertin fikrincə Ankara ilə Berlin arasındakı münasibətlərin gərginləşməsi uzun sürməyəcək:
“Mən çox ciddi sarsıntıların olmasını proqnoz vermirəm, lakin aydındır ki, Türkiyəyə qarşı vizaların təxirə salınması olmayacaq”.
1news.az