Azərbaycan-Cənubi Afrika Ticarət Palatasının təqdimat mərasimi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Cənubi Afrika Ticarət Palatasının təqdimat mərasimi keçirilib – FOTO

23:23 - 03 / 06 / 2016
Azərbaycan-Cənubi Afrika Ticarət Palatasının təqdimat mərasimi keçirilib – FOTO

İyunun 2-də Cənubi Afrika Respublikasının (CAR) Yohanesburq şəhərində Azərbaycan-Cənubi Afrika Ticarət Palatasının təsisi münasibətilə təqdimat mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə CAR-ın dövlət strukturları, biznes nümayəndələri, iş adamları, şirkət üzvləri ilə yanaşı, diplomatik korpusun üzvləri də iştirak edib.

Tədbirdə çıxış edən səfir Elxan Poluxov Azərbaycan hökuməti tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, eləcə də yeni bazarların müəyyənləşdirilməsi sahəsində həyata keçirilən islahatlar kontekstində Palatanın önəmli layihələr reallaşdıraraq müsbət nəticələrə imza atacağına ümidvar olduğunu bildirib.

Azərbaycan və CAR arasında ikitərəfli münasibətlərin hərəkətverici qüvvəsinin iqtisadi əməkdaşlıq təşkil etdiyini bildirən səfir Azərbaycanda əlverişli biznes mühiti, həmçinin sərmayələrin qoyuluşu üçün münbit şərait yaradıldığını qeyd edib.

Tədbirdə həmçinin Ticarət Palatasının sədri Mayls Çambers çıxış edərək, iki dövlət arasında güclü diplomatik əlaqələr fonunda Ticarət Palatasının iqtisadi münasibətlərdə sabit yüksəlişin genişləndirilməsi, təşviqi və irəlilədilməsinə xidmət edəcəyini vurğulayıb.

M.Çambers Ticarət Palatasının Cənubi Afrika və Azərbaycanın biznes dairələrinin hər iki ölkədə mövcud imkanlardan faydalanmağa yardım göstərəcəyini və bu xüsusda qarşılıqlı səfərlərin həyata keçirilməsinin planlaşdırıldığını əlavə edib.

Tədbirdə həmçinin AZPROMO tərəfindən çap edilmiş Azərbaycanın iqtisadi mühiti, investisiya layihələri və Azərbaycanda istehsal olunan məhsullara dair materiallar və Ticarət Palatasının broşürları nümayiş etdirilib.

1news.az

 

Paylaş:
770

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər