Regionlarda yaşayan sağlamlıq imkanları məhdud uşaqlar ziyarət olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Regionlarda yaşayan sağlamlıq imkanları məhdud uşaqlar ziyarət olunub

15:02 - 04 / 06 / 2016
Regionlarda yaşayan sağlamlıq imkanları məhdud uşaqlar ziyarət olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Təminat xidmətinin maliyyə dəstəyi ilə həyata keçirilən "Sağlamlıq imkanları məhdud uşaqlara defektoloji və psixoloji yardım göstərilməsi” layihəsi çərçivəsində regionlarda yaşayan sağlamlıq imkanları məhdud uşaqlar ziyarət olunub.

Bu barədə AZƏRTAC-a “Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyindən məlumat verilib. İctimai Birliyin Şəmkir rayon nümayəndəsi Sədrəddin Bayramovun rayon ərazisində apardığı sorğu və qeydiyyata əsasən sağlamlıq imkanları məhdud bir neçə uşağın əlil arabasına ehtiyacı olduğu müəyyən edilib. Ona görə də tədbir zamanı ehtiyacı olan uşaqlara əlil arabaları verilib. Eyni zamanda, uşaqları sevindirmək üçün onlara oyuncaqlar, geyim əşyaları, müxtəlif növ şirniyyatlar paylanılıb. Onlara sosial hüquqi yardımlar da göstərilib.

Layihə çərçivəsində ərazi üzrə qəsəbə nümayəndəlikləri, səlahiyyətli nümayəndələr və uşaq poliklinikasının həkimləri ilə də görüş keçirilib. Görüşdə sağlamlıq imkanları məhdud uşaqların müalicəsinin təşkili məsələləri müzakirə olunub.

Paylaş:
377

Son xəbərlər

Faktiki hava açıqlanıb

03 / 01 / 2025, 10:33
Bütün xəbərlər