Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif olunmuş şəxslərə mükafatlar təqdim edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif olunmuş şəxslərə mükafatlar təqdim edilib - FOTO

09:00 - 04 / 06 / 2016
Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif olunmuş şəxslərə mükafatlar təqdim edilib - FOTO

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif olunmuş şəxslərə iyunun 3-də mükafatlar təqdim edilib.

“Gülüstan” sarayında keçirilən mükafatlandırma mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Mükafatları Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

Dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə yeddi nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 41 nəfər “Tərəqqi” medalı, iki nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Azərbaycan Prezidentinin imzaladığı digər Sərəncama əsasən isə elm, mədəniyyət, incəsənət və jurnalistika sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir nəfər “Əməkdar elm xadimi”, iki nəfər “Əməkdar jurnalist”, iki nəfər “Əməkdar artist” adına layiq görülüb.

Son illərdə diaspor quruculuğu sahəsində mühüm uğurlar qazanılıb. Bu sahədə uğurların əsası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci ildə, Dünya Azərbaycanlılarının I Qurultayında ümummilli lider Heydər Əliyev tarixi, dərin məzmunlu nitq söyləyib. Məhz bu qurultaydan sonra Azərbaycan diasporu mütəşəkkil bir qüvvəyə çevrilməyə başlayıb. Bu gün dünyanın istənilən ölkəsində yaşayan hər bir azərbaycanlı ümumi amallar naminə vahid qüvvəyə çevrilib. Diasporumuz dünyada Azərbaycanın haqq səsinin eşidilməsində, ölkəmizlə bağlı həqiqətlərin yayılmasında əlindən gələni etməlidir. Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyevin tarixi nitqi hər bir diaspor üzvü üçün proqram xarakterli oldu.

Dövlətimizin başçısının Sərəncamı ilə təltif edilən Azərbaycan diasporunun üzvləri ölkəmiz naminə daha da fəal olacaqlarını, Azərbaycan həqiqətlərinin yaşadıqları ölkələrdə yayılması üçün gələcəkdə də maksimum səylə çalışacaqlarını bildiriblər.

Mərasim bədii hissə ilə davam edib.

Paylaş:
398

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər