Respublika Günü münasibətilə Gürcüstanda rəsmi qəbul təşkil edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Respublika Günü münasibətilə Gürcüstanda rəsmi qəbul təşkil edilib - FOTO

11:00 - 04 / 06 / 2016
Respublika Günü münasibətilə Gürcüstanda rəsmi qəbul təşkil edilib - FOTO

İyunun 3-də Azərbaycanın Gürcüstandakı səfirliyi 28 May-Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, qəbulda Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Baş nazirin müavini, iqtisadiyyat naziri Dmitri Kumsuşvili, dövlət və hökumət təmsilçiləri, Tbilisidə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkədəki Azərbaycan şirkətlərinin rəhbərləri və əməkdaşları, elm, mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn mərasimdə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması, xalqımızın dövlətçilik tarixindəki mühüm rolu barədə ətraflı məlumat verib. Bildirilib ki, AXC 23 ay fəaliyyət göstərsə də, xalqımızın, eləcə də regionun inkişafında mühüm rol oynayıb. Sovetlər birliyi dağıldıqdan sonra yenidən müstəqilliyinə qovuşan Azərbaycan dünya şöhrətli siyasətçi Heydər Əliyevin dərin dövlətçilik təcrübəsi və siyasi iradəsi nəticəsində 1993-2003-cü illərdə böyük inkişaf yolu keçib, dövlət müstəqilliyimiz möhkəmlənib. Məhz Ümummilli Liderin gərgin əməyi sayəsində Azərbaycan dünyada öz layiqli yerini bərpa edib və daha da gücləndirib. Ulu Öndərin siyasi uzaqgörənliyi nəticəsində əsası qoyulmuş Bakı-Tbilisi–Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Böyük İpək yolu, TANAP və TAP layihələri təkcə Azərbaycanın və Gürcüstanın deyil, dünya ölkələrinin enerji təhlükəsizliyində, iqtisadi inkişafında mühüm rol oynayır.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət nəticəsində dünya ictimaiyyətinin Azərbaycana rəğbəti artdığını bildirən diplomat deyib: “Keçən il Bakıda keçirilmiş Avropa Oyunları, yaxın günlərdə keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisi və 2017-ci ildə təşkil olunacaq İslam Həmrəylik Oyunları buna parlaq misaldır”.

Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələrin möhkəmləndiyini və yeni müstəvidə daha da inkişaf etdiyini vurğulayan səfir bildirib: “Bu gün ölkələrimiz BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər. Biz müdafiə sahəsində də səmərəli əməkdaşlıq edirik”.

Azər Hüseyn 26 May - Gürcüstanın müstəqillik günü ilə əlaqədar dost və qardaş gürcü xalqını bir daha təbrik edib, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili çıxış edərək Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib.

Baş nazir ölkələrimizin dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb. Bildirib ki, Gürcüstan və Azərbaycanın ümumi dəyərləri, ortaq mədəniyyəti var. Biz strateji tərəfdaşlarıq.

G.Kvirikaşvili deyib: “Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq qarşılıqlı etimad əsasında bundan sonra da uğurla inkişaf edəcək. Əminəm ki, həyata keçirdiyimiz layihələr xalqlarımızın rifah halının daha da yaxşılaşmasına, müstəqilliyimizin, dövlətçiliyimizin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcəkdir”.

Sonra qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.

Paylaş:
558

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər