Əcnəbilərin Azərbaycanda viza alması qaydalarında dəyişiklik bu gündən etibarən qüvvəyə minir
Azərbaycan Nazirlər Kabinetinin "Viza blankının doldurulması Qaydası"nın, "Viza almaq üçün ərizə-anket"in nümunəsinin və "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti"nin nümunəsinin təsdiq edilməsi haqqında" qərarına etdiyi dəyişikliklər bu gündən qüvvəyə minir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə , dəyişikliklərə əsasən, əcnəbilərin Azərbaycan Respublikasının ərazisində Xarici İşlər Nazirliyindən viza almaq proseduru müəyyənləşdirilib və ölkə ərazisində viza almaq üçün ərizə-anketin nümunəsi təsdiq edilib.
1news.az
515