Cənubi Koreyanın daxili işlər naziri Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Cənubi Koreyanın daxili işlər naziri Azərbaycana səfər edəcək

19:16 - 08 / 06 / 2016
Cənubi Koreyanın daxili işlər naziri Azərbaycana səfər edəcək

Bu ilin avqust ayında Cənubi Koreyanın daxili işlər nazirinin Azərbaycana səfəri nəzərdə tutulub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq Qyu bildirib.

Səfir qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında “ASAN Xidmət”lə bağlı müzakirə aparılacaq:

“Azərbaycanda e-hökumətin qurulması, təhlükəsizlik, fövqəladə hallar məsələləri ilə bağlı əməkdaşlıq və digər məsələlər də müzakirə ediləcək”.

1news.az

Paylaş:
589

Son xəbərlər

Bütün xəbərlər