Azərbaycan dövlət başçısı Portuqaliya prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan dövlət başçısı Portuqaliya prezidentini təbrik edib

18:34 - 09 / 06 / 2016
Azərbaycan dövlət başçısı Portuqaliya prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Marselo Rebelo de Susaya təbrik məktubu göndərib.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda bildirilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Portuqaliya günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

1news.az

 

 

Paylaş:
879

Son xəbərlər

Bütün xəbərlər