Bakıda Rusiya Günü qeyd olunub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Rusiya Günü qeyd olunub – FOTO

23:47 - 08 / 06 / 2016
Bakıda Rusiya Günü qeyd olunub – FOTO

Rusiyanın Azərbaycandakı səfirliyi ölkəsinin dövlət bayramı - Rusiya Günü münasibətilə qəbul təşkil edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə,tədbir Azərbaycan və Rusiya himnlərinin səsləndirilməsi ilə başlayıb.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, 26 il əvvəl Rusiya dövlət suverenliyi haqqında Bəyannamə qəbul edib. Bu, Sovet İttifaqının artıq vahid dövlət kimi mövcud ola bilməyəcəyinin və Rusiyanın SSRİ-nin tərkibində olan digər respublikalar kimi öz yolu ilə getməli olduğunun etirafı idi. Tarixində ilk dəfə Rusiya siyasi plüralizm, demokratiya və bazar iqtisadiyyatı yolunu seçdi.

Səfir qeyd edib ki, belə bir seçimin riskləri böyük idi. Rusiya bütün sınaqlara duruş gətirə bildi, siyasi sabitliyi saxladı və nizama saldı, iqtisadiyyatını yenidən qurmağa başladı.

V.Doroxin deyib: “Bütün bu illər ərzində Rusiya və Azərbaycan bir-birini dəstəkləyib. Biz qarşılıqlı hörmət, suverenliyin və bir-birinin ərazi bütövlüyünün tanınması əsasında münasibətlərin optimal modelini qura bildik. Rəsmi Moskva və Bakı fəal siyasi dialoq aparırlar. Biz Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlıyıq və vasitəçilik funksiyasını fəal şəkildə davam etdirəcəyik. Rusiya qeyri-neft sektorunda Azərbaycanın bir nömrəli iqtisadi tərəfdaşıdır”.

Səfir bildirib ki, Rusiya bundan sonra da səylərini əsirgəmədən Azərbaycan ilə tərəfdaşlığın daha da möhkəmləndirilməsinə çalışacaq, çünki o, sabit və inkişaf edən qonşu dövlətin mövcudluğunda maraqlıdır.

Tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Günü münasibətilə təbrik edib. O bildirib ki, Rusiya və Azərbaycan tarixən bir-biri ilə bağlı olub. Nazir deyib: “Ölkələrimiz arasında münasibətlər həmişə müsbət xarakterə malikdir, qarşılıqlı anlaşma və dostluq əsasında qurulub, keçmişin bütün müsbət ənənələri qayğı ilə qorunur və inkişaf edir”.

M.Cabbarov əlavə edib: “İqtisadi əlaqələrin və ticarət dövriyyəsinin genişlənməsi müşahidə olunur. Bu kontekstdə Azərbaycan və Rusiya regionları arasında əlaqələrin möhkəmlənməsini qeyd etmək lazımdır. Humanitar əməkdaşlıq sahəsində Azərbaycan və Rusiya arasında münasibətlər digər ölkələr üçün nümunə ola bilər. Bildiyiniz kimi, SSRİ-nin süqutundan sonra Azərbaycanda rus dilində tədris dayandırılmayıb, ona böyük diqqət yetirilir. Azərbaycan Respublikasında Moskva Dövlət Universitetinin, Seçenov adına Tibb Universitetinin, Rusiya Federasiyasında isə Azərbaycan Dövlət İqtisad Universitetinin filialları fəaliyyət göstərir.

Son illərdə Azərbaycan və Rusiya inkişaf və tərəqqi yolunda bir çox işlər görüb. Azərbaycan bu əlaqələrin inkişafına böyük əhəmiyyət verir”.

Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

1news.az

Paylaş:
895

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər