Prosineçki AVRO-2016-da rəqibimizin oyununu izləyib
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki AVRO-2016-nın D qrupunda keçirilmiş İspaniya - Çexiya oyununu izləyib.
1news.az-ın məlumatına görə, buna səbəb 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Çexiya yığmasının millimizlə eyni qrupda yer almasıdır.
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda Çexiya ilə yanaşı Almaniya, Norveç, Şimali İrlandiya və San Marino yığmaları da yer alıb.
1news.az
635