Azərbaycan və ABŞ arasında imzalanmış "Açıq səma sazişi" qüvvəyə minib
ABŞ və Azərbaycan arasında aviadaşımalar bazarının liberallaşdırılması üzrə "Azərbaycan Hava">Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta arasında 6 aprel 2016-cı il tarixdə imzalanmış "Açıq Səma Sazişi" ("Open sky agreement") bu gün qüvvəyə minib.
1news.az ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, bu saziş ikitərəfli saziş ABŞ və Azərbaycan arasında hava nəqliyyatının təşkili prosesinin sadələşdirilməsinə imkan verəcək, həmçinin kommersiya reyslərinin sayının artmasına kömək edəcək.
"Açıq səma sazişi" aviaşirkətlərin marşrutlar üzrə kommersiya qərarlarına və qiymət qoyma siyasətinə dövlət müdaxiləsini aradan qaldırmağı nəzərdə tutur. Bu da operatorlara sərnişin və yük daşımaları üzrə daha əlverişli və səmərəli xidmət göstərməyə imkan verir.
Qeyd edək ki, Azərbaycan mülki aviasiyasının normativ bazasının təkmilləşdirilməsi sayəsində ABŞ-ın Federal Aviasiya İdarəsi ölkəmizi aviasiya təhlükəsizliyinin ən yüksək səviyyəsi "A" kateqoriyasına layiq görüb.
1news.az