ABŞ Konqresində “Bilinməyən tarix: Azərbaycandakı yəhudi icması” adlı brifinq təşkil edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Konqresində “Bilinməyən tarix: Azərbaycandakı yəhudi icması” adlı brifinq təşkil edilib - FOTO

11:16 - 15 / 06 / 2016
ABŞ Konqresində “Bilinməyən tarix: Azərbaycandakı yəhudi icması” adlı brifinq təşkil edilib - FOTO

ABŞ Konqresində Amerikadakı nüfuzlu yəhudi təşkilatlarından olan Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının təşkilatçılığı ilə “Bilinməyən tarix: Azərbaycandakı yəhudi icması” adlı brifinq təşkil edilib.

1news.az-a səfirlikdən verilən xəbərə görə, tədbirin moderatoru, Milli Koalisiyanın icraçı direktoru Mark Levin Azərbaycanda dinindən və irqindən asılı olmayaraq bütün insanların birgə sülh və əmin-amanlıq şəraitində yaşadığını vurğulayıb. O, bu kontekstdə, Azərbaycandakı yəhudi icmasının da istisna təşkil etmədiyini və uzun əsrlər boyu dağ yəhudilərinin Azərbaycanda heç bir ayrı-seçkiliyə məruz qalmadan dinc yaşadığını bildirib.

Azərbaycana sonuncu səfəri ilə bağlı təəssüratlarını və xatirələrini tədbir iştirakçıları ilə bölüşən Mark Levin, həmçinin ölkəmizdə bütün konfessiya mənsubları, o cümlədən yəhudilər üçün yaradılan əlverişli şəraiti şəxsən öz gözləri ilə gördüyünü qeyd edib. Onun sözlərinə görə, günü-gündən inkişaf edən İsrail və Azərbaycan tərəfdaşlıq bağları da məhz xalqlar arasındakı bu dostluqdan qaynaqlanır. O, dünyanın bir çox yerlərində anti-semitizmin tüğyan etdiyi bir zamanda əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın bir çoxları üçün nümunə olduğunu və bu kimi halların daha da geniş auditoriyaların diqqətinə çatdırılmasına ehtiyac duyulduğunu bildirib.

Daha sonra çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov qeyd edib ki, Azərbaycandakı yəhudi icması cəmiyyətimizin ayrılmaz tərkib hissəsidir və ölkəmizin elmi-intellektual, siyasi və iqtisadi həyatında mühüm rol oynayır. Azərbaycan yəhudilərinin dövlətçiliyimizin təşəkkülündə və inkişafında da mühüm rol oynadığını bildirən səfir Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə nazirinin yəhudi olduğunu və o zaman da, indi də yəhudi əsilli vətəndaşlarımızın Azərbaycan parlamentində təmsil olunduğunu diqqətə çatdırıb. Diplomat müstəqillik illərində Ermənistanın hərbi aqressiyasına məruz qaldığımız zamanda, torpaqlarımızın bütövlüyünün qorunması üçün yəhudi icmasının üzvlərinin öz həmvətənləri ilə birgə silaha sarıldığını, habelə əslən yəhudi olan Albert Aqarunovun Vətənin qorunmasındakı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü diqqətə çatdırıb.

Səfir ölkə rəhbərliyinin xüsusi qayğısı sayəsində Bakıda iki sinaqoqun inşa edildiyini və Cənubi Qafqazdakı ən böyük yəhudi təhsil mərkəzinin tikildiyini vurğulayıb. O, həmçinin müstəqillik qazandığımızdan bəri İsrail-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkəmizin İsrailin enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb.

Səfir Süleymanov tolerantlıq və multikulturalizmin Azərbaycan cəmiyyətinin təməl daşı olduğunu, bu xüsusda 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu və BMT-nin Sivilizasiyalar Alyansının sonuncu forumunun cari ilin aprelində Bakıda təşkil edilməsinin təsadüfi olmadığını qeyd edib.

Sonda diplomat dünyanın hansı yerində olmasından asılı olmayaraq, Azərbaycanın zorakılıq və radikalizm meyllərini pislədiyini bildirib.

Brifinqdə ABŞ Konqres üzvlərinin köməkçiləri, ictimai təşkilatların nümayəndələri, Azərbaycan və yəhudi icmasının təmsilçiləri və media mənsubları iştirak ediblər.

1news.az

Paylaş:
595

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər