Elektron xidmətlər vasitəsilə daşınmaz əmlak barədə məlumatları əldə edə biləcəyik – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Elektron xidmətlər vasitəsilə daşınmaz əmlak barədə məlumatları əldə edə biləcəyik – FOTO

15:40 - 16 / 06 / 2016
Elektron xidmətlər vasitəsilə daşınmaz əmlak barədə məlumatları əldə edə biləcəyik – FOTO

Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmət vasitəsi ilə Azərbaycan vətəndaşları sahib olduqları əmlaklar barədə heç bir yerə getmədən, internet vasitəsilə ətraflı məlumat ala biləcəklər.

1news.az-a komitənin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu xidmət sayəsində, əmlakın həm ölşüləri və texniki göstəriciləri, həm də hüquqi  sahibi və onunla aparılan əməliyyatlar, eləcə də onun əvvəlki sahibi barədə məlumatlar əldə etmək mümkündür.

 «Daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi» elektron xidməti komitənin təqdim etdiyi 31 elektron xidmətlərdən biridir. Bu xidmətdən istifadə etmək üçün komitənin elektron xidmətlər portalına (e-emdk.gov.az) və ya elektron hökumət portalına daxil olmaq lazımdır. Əmlak sahibi portalda lazımi xidmətə keçid etdikdən sonra iki xana açılır. Bu xanaların hər birində daşınmaz əmlakın reyestr və qeydiyyat nömrəsi daxil edilir. Xidmətin istifadəsi üçün 10 manat dövlət rüsumu nəzərdə tutulub. Rüsumu elektron qaydada ödədikdən sonra ekranda əmlakla bağlı məlumatlar görünür. Bura əmlakın reyestr nömrəsi, qeydiyyat tarixi, ünvanı, torpağın və tikilinin sahəsi, tikilinin mərtəbə və otaq sayı, hüquq sahibi barədə məlumatlar aiddir.

Yeni xidmətin sayəsində vətəndaşlar evi və ya ofisi tərk etmədən,  sadəcə internet vasitəsilə onlara tələb olunan bütün məlumatları alırar. Nəticədə bunun üçün ərazi qeydiyyat idarələrinə getmək və ərizə yazmağa ehtiyac qalmır. Bu zaman vətəndaş-məmur kontaktı da tələb olunmur.  Əmlak sahibi rahat və çevik şəkildə sahibi olduğu daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış olur. Digər mühüm detal – bu xidmətdən istifadə etmək üçün «elektron imza» tələb olunmur. İstənilən şəxs, dövlət rüsumunu (10 manat) kartla ödəməklə xidmətdən yararlana bilər.

Yeni xidmət təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar, və digər daşınmaz əmlak sahibləri üçün də faydalıdır. Məsələ təkcə şəxsin özünə adi məlumatlarla tanış olmasında deyil. Hazırda Azərbaycanda əmlakla əməliyyatlar zamanı müxtəlif anlaşılmazlıqlar, alıcı və satıcıların aldadılması halları tez-tez baş verir. Bəziləri insanların etibarəndan istifadə edərək başqasına məxsus əmlakı özününkü kimi təqdim edir və ya onun ölçüləri və digər göstəriciləri bərədə düzgün olmayan məlumatlar verirlər. Bu isə əmlakın alıcısı üçün risklər yaradır. Yeni xidmət isə bütün məsələləri, yerindəcə yoxlamağa imkan verir. Belə ki, alıcı, sadəcə satıcıdan bu xidmətdən istifadə etməsini istəyir və bu zaman sistemin göstərdiyi məlumatlarla özü də tanış olur. 

Yeni xidmətin əsas üstünlüyü - onun internet üzərindən həyata keçirilməsi iş adamları üçün xüsusilə əlverişlidir. Belə ki, bu xidmət hətta xaricdə olduqda da əmlak barədə lazımi məlumatı almağa və qarşı tərəfə təqdim etməyə imkan verir. Nəticədə iş adamları bu məsələyə qətiyyən vaxt itirmirlər.

Yeni xidmətin digər üstünlüyü əmlakın tarixçəsi barədə dəqiq məlumat almaq imkanıdır. Xidmətdən istifadə etməklə daşınmaz əmlakın keçmiş və indiki sahibləri, onunla aparılan əməliyyatlar barədə informasiya almaq olar. Digər tərəfdən alıcı və ya elə əmlak sahibinin özü də keçmişdə onunla bağlı hər hansı mübahisənin olub olmadığını dəqiqləşdirə bilər.

Qeyd edilməlidir ki, 31 elektron xidmətin cəmləşdiyi komitənin elektron xidmətlər portalı fəaliyyət göstərir. Vətəndaşlar bu portala daxil olmaqla təqdim olunan interaktiv və informativ xidmətlərdən faydalana bilər. Belə ki, portalda dövlət reyestrindən çıxarışların verilməsi, xidmət haqqının öyrənilməsi, ipoteka, lizinqin qeydiyyatı və ləğvi kimi interaktiv xidmətlər vətəndaşların istifadəsindədir. İndiyədək 365 minə yaxın müraciət məhz komitənin elektron xidmətləri vasitəsilə daxil olub. Bu xidmətlərə olan marağın və geniş istifadəçi sayının əyani sübutudur. Həmçinin, portalda “rəy və təkliflər” bölməsi vardır ki, portalın istifadəçiləri orada öz rəylərini və təkliflərini qeyd edə bilərlər.

1news.az

                

Paylaş:
376

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər