İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

14:45 - 17 / 06 / 2016
İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Dövlətimizin başçısı Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Manselin başçılığı ilə fransalı deputatların yeni qrupunun Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi və qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün səfərin yaxşı imkan yaratdığını dedi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev parlamentlərarası əməkdaşlığın bu münasibətlərin genişləndirilməsindəki müsbət rolunu qeyd etdi.

Fransa prezidentlərinin Azərbaycana, özünün isə Fransaya səfərlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat, yüksək texnologiyalar, ticarət, təhsil və digər sahələrdə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Dövlətlərarası əlaqələrin səviyyəsinin razılıq doğurduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, indi əsas vəzifə Fransa ictimaiyyətini Azərbaycan reallıqları, ölkəmizdə gedən inkişaf prosesləri ilə bağlı daha geniş məlumatlarla tanış etməkdir.

Bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən dövlətimizin başçısı Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətinin respublikamıza səfərinin xalqlarımızın və ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə xidmət edəcəyini vurğuladı.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Mansel nümayəndə heyəti üzvlərinin Azərbaycana ilk dəfə səfər etdiklərini dedi. O, heyət üzvlərinin Azərbaycanla bağlı xoşa gəlməyən təşəbbüslərin qarşısını almaq üçün Milli Assambleyada səfərbər olduqlarını və artıq onların Azərbaycana olan dostluq hisslərini sübuta yetirdiklərini vurğuladı.

Ölkəmizə səfərləri çərçivəsində “Azərbaycanı özün üçün kəşf et” proqramı hazırladıqlarını deyən Jan Fransua Mansel respublikamızda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün bunun önəmini qeyd etdi. Jan Fransua Mansel Bakıda keçirilən Formula-1 yarışlarına onların böyük maraq göstərdiklərini dedi. O, bu cür beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın zəngin təcrübəyə malik olmasının önəmini qeyd etdi.

1news.az

 

Paylaş:
570

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər