AVRO-2016: İngiltərə və Şimali İralandiyadan qələbə, Almaniyadan heç-heçə | 1news.az | Xəbərlər
Futbol

AVRO-2016: İngiltərə və Şimali İralandiyadan qələbə, Almaniyadan heç-heçə

10:51 - 17 / 06 / 2016
AVRO-2016: İngiltərə və Şimali İralandiyadan qələbə, Almaniyadan heç-heçə

Avropa çempionatının qrup mərhələsində ikinci turun daha 3 görüşü baş tutub.

1news.az-ın məlumatına görə, Britaniya derbisində İngiltərə və Uels yığmaları qarşılaşıb. Matç ingilislərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər oyunları isə C qrupunda keçirilib. Əvvəlcə Ukrayna Şimali İrlandiya ilə üz-üzə gəlib. İlk oyunda Almaniyaya məğlub olan ukraynalılar bu görüşdə də eyni hesabla məğlub olublar - 0:2.

Günün son matçı Almaniya və Polşa yığmaları arasında baş tutub. Tərəflərin səyinə baxmayaraq qapılara qol vurulmayıb və görüş başladığı kimi sona çatıb.

 

Avropa Çempionatı

Qrup mərhələsi, II tur

16 iyun

 

B-qrupu 

17:00 İngiltərə - Uels 2:1

Qollar:  Ceymi Vardi, 56; Daniel Starric, 90+2 - Qaret Beyl, 42

 

C-qrupu 

20:00 Ukrayna - Şimali İrlandiya 0:2

Qollar: Makoli, 49, Makgin, 90+6

23:00 Almaniya - Polşa 0 – 0

1news.az

 

Paylaş:
710

Son xəbərlər

Xalq Bank 20 il

Bu gün, 16:42
Bütün xəbərlər