Metro stansiyalarında yeni oturacaqlar quraşdırılır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Metro stansiyalarında yeni oturacaqlar quraşdırılır - FOTO

13:04 - 21 / 06 / 2016
Metro stansiyalarında yeni oturacaqlar quraşdırılır - FOTO

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti bəzi metro stansiyalarının platformalarında təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə yığışdırdığı oturacaqların yenidən quraşdırlımasına başlayıb.

1news.az-ın sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevə istinadən verdiyi xəbərə görə, hazırda metronun “Elmlər Akademiyası” stansiyasının platformasında yeni oturacaqlar quraşdırılıb və sərnişinlərin istifadəsinə verilib:

“Keçən il stansiyalarda təhlükəsizlik tədbirlərini gücləndirmək üçün bəzi stansiyalarda platformalardakı oturacaqlar yığışdırılmışdı. İndi həmin stansiyalarda yeni və müasir oturacaqların quraşdırılmasına başlanıb. Artıq “Elmlər Akademiyası” stansiyasında həmin oturacaqlar quraşdırılıb və sərnişinlərin istifadəsinə verilib. Yaxın günlərdə “Cəfər Cabbarlı” və “Sahil” stansiyalarının platformalarında da oturacaqlar quraşdırılacaq”.

N.Paşayev bildirib ki, adıçəkilən stansiyaların hər birinin platformasında 10 oturacaq quraşdırılacaq.

1news.az

 

Paylaş:
908

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər