Qadınları cinsi istismar məqsədilə Türkiyəyə aparan keçmiş məhkum tutulub
Polis əməkdaşları qadınları cinsi istismar məqsədilə Türkiyəyə aparan şəxsi saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba şəhər sakini, əvvəllər məhkum olunmuş Elvira Qurbanova qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub.
1news.az
487