Abdulla Qurbanov və Yusif Axundzadə Prezidentin fərdi təqaüdü ilə təltif olunublar | 1news.az | Xəbərlər
Rəsmi

Abdulla Qurbanov və Yusif Axundzadə Prezidentin fərdi təqaüdü ilə təltif olunublar

20:05 - 24 / 06 / 2016
Abdulla Qurbanov və Yusif Axundzadə Prezidentin fərdi təqaüdü ilə təltif olunublar

Prezident İlham Əliyev A.N.Qurbanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində xidmətlərinə görə Abdulla Novruz oğlu Qurbanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin”.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində xidmətlərinə görə Yusif Yevgeniyeviç Axundzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

1news.az

 

Paylaş:
1211

Son xəbərlər

Şamaxıda zəlzələ olub

07 / 06 / 2026, 18:49

Karapetyan səs verib

07 / 06 / 2026, 12:39

Nikol Paşinyan səs verib

07 / 06 / 2026, 10:39
Bütün xəbərlər