Mübariz Əhmədoğlu: Ermənistan Rusiyaya qarşı israrlı düşmənçilikdə tək deyil | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistan Rusiyaya qarşı israrlı düşmənçilikdə tək deyil

12:51 - 24 / 06 / 2016
Mübariz Əhmədoğlu: Ermənistan Rusiyaya qarşı israrlı düşmənçilikdə tək deyil

Sankt-Peterburqda nəticə əldə olunsaydı, sonradan bu nəticəni Qərbə qəbul etdirməkdən  ötrü Azərbaycan və Rusiya əlavə güzəştlərə getməli idilər.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində bu ölkənin prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistan öz addımlarını Qərb və xüsusilə ATƏT-in Minsk qrupu ilə həmahəng tənzimlədi:

“Həm Sankt-Peterburq sammitindən əvvəl Ermənistan rəsmiləri, ictimai-siyasi mühiti ATƏT-in Minsk qrupuna yönəli ictimai rəyi formalaşdırdılar. Eləcə də prezidentlərin sammit görüşündən sonra Ermənistan prezidenti ATƏT-in Minsk qrupu həmsədrləri ilə ayrıca görüş keçirdi. Sankt-Peterburq görüşündən sonra Azərbaycan tərəfi görüşdən razı qaldığını bildirdi. Ermənistan xarici işlər naziri isə bir müddətdən sonra Sankt-Peterburq görüşü barədə məlumatda ümumi halda razı olduğunu bildirsə də, yaydığı bəyanatın mətnindən bəlli olur ki, Ermənistan üçün Rusiyanın rolunu azaltmaq, Rusiyadan uzaqlaşmaq ən vacib məsələdir. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında Sankt-Peterburq görüşündə və eləcə də bundan sonrakı proseslərdə əsas vurğu Rusiyanın rolu üzərində deyildi. Əsas vurğu ATƏT-in Minsk qrupunun rolu üzərində idi”.

ATƏT-in Minsk qrupunun və Ermənistanın münaqişənin tənzimlənməməsi istiqamətində çalışdıqlarını deyən M.Əhmədoğlu bundan fərli olaraq Azərbaycanla Rusiyanın münaqişənin həllinə çalışdıqlarını qeyd edib:

“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiya prezidenti Vladimir Putinin təşkil etdiyi sammitə bir hədd cızır; indiki dövrdə  Dağlıq Qarabağ tənzimlməsində  yalnız Çərçivə sazişi üzərində iş gedə bilər. Rusiyanın səyləri isə mərhələli həll variantı ilə Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik tənzimlənməsinə yönəlib. Azərbaycan və Rusiya həqiqətən çalışırlar ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapsın. Çünki Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Rusiyanın köklü maraqlarına zərbə vurur”.

Ermənistanla Qərbin eyni istiqamətdə hərəkət etdiklərini və gələcəkdə də birlikdə hərəkət etmək istiqamətində olduqlarını deyən politoloq hesab edir ki, onların məqsədləri Dağlıq Qarabağ münaqişəsinin ömrünü uzatmaqdır. Bununla belə o, Dağlıq Qarabağ münaqişəsinin Ermənistan üçün də zərbə olduğunu diqqətə çatdırıb:

“Bu münaqişə Ermənistanın dövlətçiliyini ciddi şübhə altına alır. Amma Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından konfliktogen resurs kimi istifadə etmək niyyətindədir. Ona görə, Ermənistan Qərblə birlikdə antirusiyaçılıq və Rusiyaya qarşı düşmənçiliyi gücləndirmək kursunu götürüb.

Sankt-Peterburq görüşündən dərhal sonra  Ermənistan prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağa səfər etməsi, hərbçilərlə görüşməsi, itirdiyi ərazilərin ətrafına baş çəkməsi  onun Sankt-Peterburq sammitindəki razılaşmaları rədd, V.Putini növbəti dəfə inkar etməsi deməkdir. S.Sərkisyan indiki reallıqda antrusiyasıçılığı, Rusiyaya qarşı düşmənçiliyi erməni dövlətinin  yeganə resurs mənbəyi hesab edir”.

Qərbin Rusiya prezidenti Vladimir Putini Dağlıq Qarabağ tənzimlənməsində vasitəçi kimi qəbul etmədiyi fikrində olan M.Əhmədoğlu, bununla belə 4 günlük müharibədə butün Qərbin V.Putinə sülhyaradıci kimi yalvarmasına diqqət çəkərək münaqişənin həlli ilə bağlı vəziyyətdən 2 çıxış yolunun olduğunu söyləyib:

“Birinci yolu Sankt-Peterburq görüşündən dərhal sonra  Dağlıq Qarabağa səfər etməklə  Ermənistan prezidenti S.Sərkisyan göstərdi: Müharibədən başqa erməniyə təsir edən digər vasitə yoxdur. Bir həftəlik müharibə zamanı S.Sərkisyan özü və havadarları V.Putinə yalvaracaqlar.

İkinci yol Zəngəzurun Azərbaycana qaytarılmasıdır. Erməni mifologiyasında 1m ərazinin itirilməsi ilə 1milyon km2 ərazinin itirilməsinin təsiri eynidir. Zəngəzurun Azərbaycana qaytarılması ilə erməni mifologiyasının Azərbaycan hissəsini bağlamaq olar. Rusiyanın qulaq-başı bu mövzu üzrə dinclik tapa bilər”.

1news.az

 

Paylaş:
604

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər