Ciampaolo Kutillo: “İtaliya Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir” | 1news.az | Xəbərlər
Siyasət

Ciampaolo Kutillo: “İtaliya Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir”

16:36 - 27 / 06 / 2016
Ciampaolo Kutillo: “İtaliya Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir”

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Gənc Diplomatlar Birliyinin təşkilatçılığı ilə "Auditoriyada səfirdir" layihəsi çərçivəsində İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo ilə görüş keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov İtaliya-Azərbaycan əlaqələrindən söz açaraq ölkələrimiz arasındakı münasibətlərin inkişafında gənclərin mühüm rolunu qeyd edib. O deyib:

“Azərbaycanlı tələbələrin İtaliyada təhsil alması bizi çox sevindirir. Onlar həm oxuyur, həm də diaspor fəaliyyətinin genişlənməsinə töhfələrini verirlər. Bu, bizim üçün qürurvericidir”.

Azərbaycanın bütün sahələri əhatə edən dinamik inkişafından danışan Milli Məclisin üzvü, professor Elman Nəsirov bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində dünyanın aparıcı ölkələri ilə yüksək səviyyəli əlaqələr qurulub.

İtaliyanı Azərbaycanın önəmli ticarət tərəfdaşı adlandıran deputat ölkələrimiz arasında siyasi əlaqələrin hazırki vəziyyətini yüksək qiymətləndirib. O, ölkələrimizin münasibətlərin daha da möhkəmlənməsində maraqlı olduğunu vurğulayıb.

Diplomatik fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına qısa məlumat verən İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo deyib ki, ölkəsi Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycanın son illər əldə etdiyi uğurları yüksək qiymətləndirən səfir ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. O, Azərbaycanı multikulturalizm dəyərlərinin mövcud olduğu ölkə adlandırıb.

Ölkələrimiz arasında əlaqələrin inkişafına toxunan səfir qeyd edib ki, Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın böyük tarixi var. Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu enerji layihələrini yüksək dəyərləndirən italiyalı diplomat “Cənub Qaz Dəhlizi”nin önəmini vurğulayıb.

Azərbaycan dövlətinin apardığı uğurlu gənclər siyasəti barədə danışan Birliyin məsləhətçisi Taleh Quliyev belə görüşlərin keçirilməsinin gənclər üçün vacib olduğunu deyib. O, Azərbaycan həqiqətlərinin, onun ədalətli mövqeyinin dünyaya çatdırılmasında gənclərin vacib rol oynadığını bildirib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

1news.az

Paylaş:
425

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər