Ankara Moskva ilə əlaqələrin bərpasına görə Bakıya minnətdardır | 1news.az | Xəbərlər
Siyasət

Ankara Moskva ilə əlaqələrin bərpasına görə Bakıya minnətdardır

15:47 - 28 / 06 / 2016
Ankara Moskva ilə əlaqələrin bərpasına görə Bakıya minnətdardır

Türkiyə  Rusiya ilə münasibətlərin bərpası istiqamətində böyük səylərinə görə Azərbaycan və regionun digər ölkələrinə minnətdardır.

1news.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bu sözləri Binəli Yıldırım ölkənin Böyük Millət Məclisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə Türkiyə-Rusiya münasibətlərinin normallaşması prosesi haqqında danışmaq olar.

“Qoy bu bizim xalqlar üçün uğurlu olsun. Buna nail olmağımız – ciddi cəhdlərin nəticəsidir. Xüsusi minnətdarlığımızı qardaşlarımıza – Qazaxıstanın, Azərbaycanın və bölgənin digər ölkələrinin liderlərinə bildirirk”, - deyə B.Yıldırım əlavə edib.

Onun sözlərinə görə, ikitərəfli yazışma, həmçinin iki lider arasında dolayı əlaqələr, nəhayət ki, ikitərəfli münasibətlərdə “buzların əriməsinə” gətirib çıxardı.

1news.az

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər