Oleq Kuznetsov: “Erməniləri yalnız güc tətbiq etməklə üzüyola etmək olar” | 1news.az | Xəbərlər
Siyasət

Oleq Kuznetsov: “Erməniləri yalnız güc tətbiq etməklə üzüyola etmək olar”

16:44 - 29 / 06 / 2016
Oleq Kuznetsov: “Erməniləri yalnız güc tətbiq etməklə üzüyola etmək olar”

1news.az-ın rusiyalı siyasətçi, tarix elmləri doktoru Oleq Kuznetsovla müsahibəsi:

- Dağlıq Qarabağ üzrə danışıqlar prosesini necə qiymətləndirirsiniz?

- Vəziyyət əvvəlki kimi dondurulmuşdur. Heç bir perspektivlər yoxdur və olmayacaq.

- Bəs, sizcə bu, nə ilə əlaqədardır?

- Hazırki vəziyyətin Azərbaycandan başqa bütün tərəflərə sərf etməsilə əlaqədardır.

- Misal üçün, hamı – kimdir? Və bu vəziyyət nə ilə bağlıdır? 

- Əgər Rusiyanı götürsək, bu, ermənilərin Ermənistandan, eləcə də Dağlıq Qarabağdan miqrasiya məskəninə çevirməsilə bağlıdır. Belə ki, 2008-ci ilin iqtisadi böhranına qədər ermənilər Rusiyaya hər hansı formada sərmayə yatırmaqla gəlirdilərsə, indi isə Rusiya erməni diasporu üçün südverən inəyə çevrilib.

Buna görə, ermənilər tərəfindən təşkil edilmiş kapital axını Rusiya üçün ciddi problemdir. Və Dağlıq Qarabağda istənilən gərginlik erməni qaçqınlarının Rusiyaya axınını daha da artıracaq. Bu isə hazırda heç kəsə tamamilə lazım deyil.

Fransa və ABŞ-a gəlincə, onlar regiona heç bir təsir göstərmir. Onlar indi yalnız ATƏT-in Minsk qrupu qismində siyasi təsirin linglərinə malikdirlər. Lakin onların faktiki olaraq heç bir təsiri yoxdur. Dağlıq Qarabaq məsələsi həll olarsa, Minsk qrupunun fəaliyyəti də dayanacaq və onlar sadəcə olaraq Azərbaycana təsir alətindən məhrum olacaqlar.

- Yeri gəlmişkən, Peterburq görüşündən sonra Azərbayca tərəfi olduqca optimist görünür. Siz dediyiniz kimi, əgər hər şey dondurulubsa, o zaman bu nikbinliyin səbəbi nədir?

- Nikbinliyin səbəbi danışıqların başlanması üçün ilkin şərtlərin həcminin azalmasıdır. Əvvəl izləmənin texniki vasitələrini qoymaq fikri irəli sürülmüşdü – bu, çox baha başa gələn və ABŞ-dan həyata keçirmək uzunmüddətlidir. Sonra bu izləmə prosesi müşahidə ilə əvəz edildi. Lakin düşünürəm ki, müşahidəçilər də gəlməyəcək. Formallıqların kəmiyyəti azaldı ki, bu da Azərbaycanın nikbinliyinə səbəb oldu.

-  Sizin proqnozlara görə, hansı müddətə nizamlanmada hansısa irəliləyişlər gözləmək olar?

- Təkrar edirəm, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və prinsiplərə uyğun həll olunmasında maraqlı olan yeganə tərəf Azərbaycandır. Buna görə, bütün təşşəbbüslər Azərbaycanın siyasi rəhbərliyi tərəfindən irəli sürülür.

- Gözlənilirdi ki, aprel hərbi döyüşləri danışıqlar prosesini ölü nöqtədən irəlilədərək Ermənistanın danışıqlar masasında daha çox üzüyola olmasına səbəb olacaq...

- Erməniləri yalnız güc tətbiq edilməklə, xüsusilə də hərbi məcburiyyətlə üzüyola etmək olar.

1news.az

Paylaş:
1763

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər