ABŞ-ın keçmiş səfirinin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın keçmiş səfirinin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək

19:58 - 29 / 06 / 2016
ABŞ-ın keçmiş səfirinin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək

ABŞ-ın Ermənistanda keçmiş səfiri olmuş Con Evans Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri növbəti təxribat əməlidir.

1news.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ-ın Ermənistanda keçmiş səfiri olmuş Con Evans Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərini şərh edərkən deyib.

XİN rəsmisi qeyd edib ki, C.Evans ABŞ-ın erməni lobbisinin diktəsi altında və müəyyən maliyyə maraqları müqabilində bu qərəzli addımı ilə xüsusilə indiki həssas durumda qəsdən vəziyyətin gərginləşdirilməsinə cəhd göstərir:

“Con Evansın kriminal mənşəli irqçi və radikal erməni lobbi təşkilatı olan Amerika erməni milli komitəsi ilə uzunmüddətli sıx əlaqələri heç kimə sirr deyil.

ABŞ-ın Ermənistanda səfiri olarkən  vəzifəsindən sui-istifadə edən bu şəxs qatı ermənipərəst və irqçi mövqeyi ilə seçilmiş, təmsil etdiyi ölkənin deyil daha çox erməni lobbisinin maraqlarından çıxış etmişdir. Qeyri-peşəkarlığa və yol verdiyi xidməti qüsurlara görə vaxtından əvvəl səfir vəzifəsindən geri çağrılmışdır”.

H.Hacıyev C.Evansın adının arzuolunmaz şəxslər siyahısına daxil ediləcəyini də sözlərinə əlavə edib.

1news.az

 

Paylaş:
738

Son xəbərlər

Bütün xəbərlər