İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

18:09 - 04 / 07 / 2016
İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı mənəviyyatı möhkəmləndirən, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirən, hər bir şəxsin daxili kamilliyinin formalaşmasına xidmət edən aylardan biridir. Bu bayram insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.

İslam dünyasının mədəni mərkəzlərindən biri kimi tanınmış Azərbaycanda dini və milli-mənəvi dəyərlərə hörmət həmişə xüsusi həssaslıqla qorunub saxlanılmışdır. Bu gün əsl tolerantlıq örnəyinə çevrilən ölkəmizdə ayrı-ayrı dinlər və təriqətlər arasında qarşılıqlı hörmətin inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Azərbaycanda müxtəlif milli və dini mərasimlər, o cümlədən, Ramazan bayramı hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur. Eyni zamanda məmnunluqla deyə bilərik ki, ölkəmizdə yaşayan bütün dinlərin nümayəndələri bəşəri hadisə olan Ramazan bayramına böyük sevgi ilə yanaşır, ölkəmizin multikultural ənənələrini ehtiramla qoruyurlar.

Əziz bacı və qardaşlarım!

İnsanlarda vəhdət və humanizm duyğularını, Allah və vətən sevgisini daha da gücləndirən Ramazan bayramı hər il olduğu kimi, bu il də bütün xalqımız tərəfindən böyük ruh yüksəkliyi və könül xoşluğu ilə qeyd edilir. Bu əziz bayram günlərində sizi və ölkəmizdən kənarda yaşayan soydaşlarımızı bir daha təbrik edir, hər birinizə firavanlıq, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun!”.

1news.az

 

Paylaş:
760

Son xəbərlər

Bakının 3 rayonunda qaz təchizatı dayandırılacaqBu gün, 09:22AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:20Ərdoğan Sərvərə mükafatını təqdim etdiBu gün, 09:04Bakının küçələrində sıxlıq yaranıb - SİYAHIBu gün, 08:59Elm və təhsil naziri Londonda “Clarivate Analytics” şirkətinin rəhbərliyi ilə görüşüb22 / 05 / 2024, 17:45Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsi ilə bağlı vətəndaşlara müraciət edib22 / 05 / 2024, 17:42Bu rayonda 3 gün qaz olmayacaq22 / 05 / 2024, 17:28Milli Məclisdən Lüksemburq Deputatlar Palatasının sədrinin qərəzli fikirlərini CAVAB22 / 05 / 2024, 17:27Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tehranda anım mərasimində iştirak edib - VİDEO - YENİLƏNİB 222 / 05 / 2024, 17:13Mətbuat Şurası tanınmış jurnalist Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yayıb22 / 05 / 2024, 17:12Bakının 8 Noyabr prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq22 / 05 / 2024, 16:48İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək22 / 05 / 2024, 16:35Biləsuvarda Birinci Qarabağ müharibəsinin şəhidi Elbrus İsaqov dəfn edilib - YENİLƏNİB22 / 05 / 2024, 16:11Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub22 / 05 / 2024, 16:09Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi Zülfüqar Abbasov dəfn edilib - YENİLƏNİB22 / 05 / 2024, 16:09Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirilib22 / 05 / 2024, 16:05Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Əliyev dəfn edilib22 / 05 / 2024, 16:04Bakı-Şamaxı-Yevlax yolunda hərəkət qismən məhdudlaşdırılacaq22 / 05 / 2024, 16:03Birbank-dan daha bir yenilik: Ninja təklifi artıq mobil tətbiqdə22 / 05 / 2024, 15:55Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Abbasov dəfn edilib22 / 05 / 2024, 15:32
Bütün xəbərlər