Qazax-Kosalar avtomobil yolu yenidən qurulur – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazax-Kosalar avtomobil yolu yenidən qurulur – FOTO – VİDEO

17:17 - 08 / 07 / 2016
Qazax-Kosalar avtomobil yolu yenidən qurulur – FOTO – VİDEO

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən respublikanın avtomobil yollarında yenidənqurma işləri həyata keçirilir.

Cəmiyyətdən 1news.az-a verilən məlumata görə, yenidən qurulan daha bir avtomobil yolu Qazax-Kosalar yoludur.

8 km uzunluğunda, 4-5 metr enində olan Qazax-Kosalar avtomobil yolu torpaq və çınqıl örtüklü olduğundan burda xüsusən də payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Artıq bu problemin aradan qaldırlması üçün işlər görülür.

Qazax-Kosalar yolu 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində yol boyu yeni yol yatağı və yol əsası tikilir. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə 0,5 metr bərkidi zolaq və 1,5 metr çiyinlər olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Bundan başqa suların ötürülməsini təmin etmək üçün yol boyu 12 yerdə 300 və 500 mm diametrli suötürücü boruların tikintisi aparılıb. Yolun 3-cü kilometrliyində su kanalı üzərində yerləşən körpünün də təmir edilməsi nəzərdə tutulub. Körpünün uzunluğu 10 metr, eni isə 6 metrdir.

Bütün bu işlər yekunlaşdıqdan sonra yolun asfaltlanması istiqamətində işlərə başlanılacaq. Ümumilikdə yolun 48 min m2 sahəsinə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Qeyd edək ki, 8 kilometr uzunluğunda olan Qazax-Kosalar avtomobil yolunun yenidən qurulması ilə 2 yaşayış məntəqəsinin 10 minə yaxın əhalisinin birbaşa olaraq Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna və rayon mərkəzinə rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunur.

Bundan başqa əhalinin kənd təsərrüfatı məhsullarını əkin sahələrindən birbaşa olaraq rayon mərkəzinə rahat şəkildə daşıması imkanı yaranır. Bu isə öz növbəsində sözügedən ərazidə kənd təsərrüfatının inkişafı baxımından mühüm amildir.

1news.az

Paylaş:
467

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər