Dövlət Sərhəd Xidmətinin rəisi Xudatda vətəndaşları qəbul edəcək
İyul ayının 21-də saat 10:00-da Xudat Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev tərəfindən Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərinin qəbulu keçiriləcək.
1news.az-ın məlumatına görə, qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları iyul ayının 18-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.
Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Xudat Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.
1news.az
376